17 yaşlı avtoxuliqan TUTULDU
28 fevral 2023 11:10 (UTC +04:00)

17 yaşlı avtoxuliqan TUTULDU

Göyçayda avtoxuliqanlıq edən yeniyetmə barəsində qanunamüvafiq tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini, 17 yaşlı N.Həşimov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2103” markalı avtomobillə intizamsızlıq edərək qaydaları kobud şəkildə pozub və özünün avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkə hesabında paylaşıb.

Keçirilən tədbirlərlə həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə N.Həşimov 500 manat məbləğində cərimə edilib.

# 1359
avatar

Fidan İlqar

Oxşar yazılar