23 minlik "zapçast" oğurlandı
18 noyabr 2022 14:59 (UTC +04:00)

23 minlik "zapçast" oğurlandı

Abşeronda ticarət mərkəzindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-averilən xəbərə görə, rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisindəki ticarət mərkəzlərindən birindəki mağazanın qarşısından 23.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Ənvər İmaməliyev və İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Səmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

# 1791
avatar

Oxşar yazılar