279 saylı məktəbin müəllim və şagirdləri QƏZAYA DÜŞDÜ
13 iyun 2022 01:39 (UTC +04:00)

279 saylı məktəbin müəllim və şagirdləri QƏZAYA DÜŞDÜ

“Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib”.

Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidməti Bəşarət Məmmədov “Facebook” səhifəsində qeyd edib.

Bildirib ki, ilkin məlumata görə, ağır xəsarət alan yoxdur.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Allah şəfa versin!”,- deyə paylaşımda bildirilib.

# 5640
avatar

Oxşar yazılar