Astara sakinindən qanunsuz odlu silah götürüldü 
14 yanvar 2022 20:22 (UTC +04:00)

Astara sakinindən qanunsuz odlu silah götürüldü 

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini Z.Cəfərovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Silah aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Astara RPŞ-də müvafiq araşdırma aparılır.
 

# 1122
avatar

Oxşar yazılar