Avtobus məktəblini asfaltda sürüdü
03 mart 2023 12:55 (UTC +04:00)

Avtobus məktəblini asfaltda sürüdü

Sankt-Peterburqda avtobusla küçədə sürüklənən 15 yaşlı yeniyetmə sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Vıborq rayonunda baş verib. Tələbə avtobusdan düşərkən qəfildən qapılar bağlanaraq onu sıxıb. Bundan sonra avtobus uşağı asfalt boyunca bir neçə metr sürüyüb.

Təcili yardım maşını yaralı yeniyetməni ən yaxın dayanacaqdan aparıb. Xəstəxanada ona ayağının sınığı və qolunun zədələnməsi diaqnozu qoyulub. Uşağın vəziyyəti orta ağır qiymətləndirilir.

Avtobusun sükanı arxasında 58 yaşlı sürücünün olduğu müəyyənləşib. Son il yarım ərzində o, sürət həddini aşdığına görə 11 dəfə məsuliyyətə cəlb edilib.

# 1782
avatar

Mehman Nəbiyev

Oxşar yazılar