Avtomobildən pulla dolu paltar oğurlandı
16 may 2023 12:20 (UTC +04:00)

Avtomobildən pulla dolu paltar oğurlandı

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 13-də Nizami rayonu ərazisində “Mercedes” markalı bir avtomobildən cibində 910 manat pul olan gödəkcə oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1209
avatar

Oxşar yazılar