Azərbaycan sərhədini pozan əcnəbilər   saxlanıldı
08 oktyabr 2026 17:38 (UTC +04:00)

Azərbaycan sərhədini pozan əcnəbilər saxlanıldı

0

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 (bir) nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar