Azərbaycanda 16 yaşlı qız evində ölü tapıldı
18 sentyabr 2022 17:47 (UTC +04:00)

Azərbaycanda 16 yaşlı qız evində ölü tapıldı

16 yaşlı qız evində ölü tapılıb.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Cəlilabad rayonun Sabirabad kəndində baş verib.

Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Fətullayevanı, yaxınları halsız vəziyyətdə aşkar ediblər. Onu dərhal rayon xəstəxanasına çatdırıblar. Xəstəxanada onun artıq öldüyü məlum olub.

Hazırda hüquq - mühafizə orqanları 16 yaşlı qızın nədən vəfat etdiyi araşdırır.

# 2436
avatar

Oxşar yazılar