Azərbaycanda AT ƏTİ SATAN  iş başında yaxalandı - FOTO
30 iyul 2022 13:38 (UTC +04:00)

Azərbaycanda AT ƏTİ SATAN iş başında yaxalandı - FOTO

Bərdə rayonunda at əti satışının qarşısı alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bərdə şəhərinin Səməd Vurğun küçəsində yaşayan, 1979-cu il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu gizlin şəkildə yaşadığı evin həyətyanı sahəsində 2 baş atı kəsərkən tutulub.

Ondan 110 kq at əti müsadirə olunub və Qida Təhlükəsizliyi Agentliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ət müayinə olunmaq üçün laboratoriyaya göndərilib.

Qeyd edək ki, Rövşən Babayev 2019-cu ildə at ətini satmaq üçün Bakıya apararkən tutulub.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 3717
avatar

Oxşar yazılar

Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda kişi evində yanaraq öldü

Bakıda kişi evində yanaraq öldü

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36