Azərbaycanda  hərbi maşın   QƏZAYA UĞRADI:   Yeddi hərbçi... - YENİLƏNİB
11 noyabr 2022 19:05 (UTC +04:00)

Azərbaycanda hərbi maşın QƏZAYA UĞRADI: Yeddi hərbçi... - YENİLƏNİB

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumatda qeyd olunub ki, avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.

***

17:33

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndi ərazisində qeydə alınıb.

“QAZ-3308" markalı avtomobil idarəetmədən çıxması nəticəsində yol kənarındakı dayanacağa, daha sonra "VAZ-21099" markalı minik maşınına çırpılıb. “QAZ 3308”-də olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzaya uğrayan "QAZ 3308"-in hərbi maşın olduğu bildirilir. Məlumata görə, xəsarət alanlar hamısı hərbçilərdir.

Faktla bağlı araşdırma aparılır.

# 3369
avatar

Oxşar yazılar