Azərbaycanda iranlının narkotiklərini satan qadın tutuldu - FOTO
29 may 2023 09:23 (UTC +04:00)

Azərbaycanda iranlının narkotiklərini satan qadın tutuldu - FOTO

Şirvanda əcnəbi vətəndaşa narkokuryerlik edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Lamiyə Məmmədova saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 qramdan artıq narkotik maddə - heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq L.Məmmədovanın yaşadığı ünvana keçirilən baxış zamanı oradan 5 ədəd sellofan torbada qablaşdırılmış və ümumi çəkisi 5 kiloqram 120 qram olan heroin, eləcə də bir ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı saxlanılan qadın sosial şəbəkədə tanış olduğu İran vətəndaşına narkokuryerlik etdiyini etiraf edərək, aşkarlanan narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, L.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Lamiyə Məmmədova

# 1896
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11