Azərbaycanda  keçmiş məmurun oğlanları və xanımı   məhkəməyə verildi
15 iyul 2022 13:27 (UTC +04:00)

Azərbaycanda keçmiş məmurun oğlanları və xanımı məhkəməyə verildi

Azərbaycan Beynəlxalq Bankı kredit borcuna görə bir neçə şəxsi məhkəməyə verib.

Lent.az-ın məlumatına görə, məhkəməyə verilənlər arasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin keçmiş sədri Akim Bədəlovun ailə üzvləri də var. Onun iki oğlu Azər və Aqşin və həyat yoldaşı A. Mövsümova da kredit müqaviləsi üzrə mübahisələrlə bağlı məhkəməyə verilib.

Bundan əlavə, “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi də Beynəlxalq Bankın cavabdehləri sırasındadır. Əvvəllər mediada həmin mərkəzin də Bədəlovlar ailəsinin nəzarətində olduğu barədə məlumatlar yayılıb.

Cavabdehlər sırasında tanınmış memar Mustafayev Ruqiyə Elçin qızı, Qurbanov Ramal Heydər oğlu və Mahmudova Minayə Şərif qızı da var.

Prosesə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

# 2736
avatar

Mehman Nəbiyev

Oxşar yazılar