Azərbaycanlı evə qadın gətirdi: Pulunu və arvadının ətrini OĞURLADILAR
06 mart 2023 16:09 (UTC +04:00)

Azərbaycanlı evə qadın gətirdi: Pulunu və arvadının ətrini OĞURLADILAR

Moskvada 44 yaşlı azərbaycanlının başına kuryoz hadisə gəlib.

Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, tanışlıq saytlarının biri vasitəsilə evə qadın gətirən azərbaycanlı qarətə məruz qalıb. 

Həmin qadın onunla bir qədər spirtli içki qəbul etdikdən sonra gələn qonaq duş qəbul etmək üçün hamama getmək istədiyini bildirib.

Kişi yataq otağına girən kimi qadın otağından çıxaraq mənzilin qapısını açıb və əvvəlcədən tanıdığı 3 nəfəri içəri buraxıb. 

Onlar hədə-qorxu gələrək kişinin üstündəki 22 min rublu (təxminən 496 manat) götürüblər. Amma bununla da kifayətlənməyiblər. Mənzili bir qədər axtardıqdan sonra kişinin arvadına məxsus bahalı ətri də özləri ilə aparıblar. Qarətçilər getdikdən sonra azərbaycanlı polisə xəbər verib.

Qarət maddəsi ilə cinayət işi başlanılıb. 
 

# 2010
avatar

Nigar Namiq

Oxşar yazılar