Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
İskəndərov Hikmət Gülrza oğlu idarə etdiyi "VAZ 21011" markalı avtomobillə yolun kənarında dayanmış "Mitsubishi" markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin olan sürücünün xanımı 45 yaşlı İsgəndərova Azadə Vahid qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan sürücü və qızı 17 yaşlı Zənurə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.