Bakıda "avtoşluq"  edən sürücü həbs edildi
28 sentyabr 2026 10:17 (UTC +04:00)

Bakıda "avtoşluq" edən sürücü həbs edildi

0

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumataq görə, yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Subaru” markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Məmmədov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar