Bakıda bağ evində asılmış meyit  tapıldı
01 mart 2023 11:55 (UTC +04:00)

Bakıda bağ evində asılmış meyit tapıldı

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Bilgəh qəsəbəsindəki bağ evlərindən birində qeydə alınıb. 37 yaşlı Cəlilov İlqar Məlikəjdər oğlu yaşadığı bağ evində özünü asıb. Onun asılmış meyitini yaxınları aşkar ediblər.

İ. Cəlilovun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

# 2238
avatar

Mehman Nəbiyev

Oxşar yazılar