Bakıda daha bir propan qazı FACİƏSİ:  kişi yanıb öldü
20 iyun 2022 11:41 (UTC +04:00)

Bakıda daha bir propan qazı FACİƏSİ: kişi yanıb öldü

Bakıda kişi faciəvi şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Propan qaz balonunun qəfil alışması nəticəsində 54 yaşlı Əliyev Mübariz Qurbanəli oğlu ağır dərəcəli yanıq xəsarətləri alıb.

O, dərhal Respublika 5 saylı Yanıq Mərkəzinə yerləşdirilib. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə nəticəsində M. Əliyevin bədəninin 95 faizi yanıb.

Faktla bağlı araşdırma aparılır.

# 2322
avatar

Mehman Nəbiyev

Oxşar yazılar