Bakıda  DSX -nin zabiti   döyüldü
09 dekabr 2022 02:43 (UTC +04:00)

Bakıda DSX -nin zabiti döyüldü

Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, Koala Parkının qarşısında sürücülər bir-birinə yol vermədiklərinə görə mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib.

Nəticədə 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu küt alətlə döyülüb.

O, xəstəxananın neyrocərrahiyə şöbəsinə yerləşdirilib.

Onun yaxınları APA-nın əməkdaşına bildirib ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

# 3093
avatar

Oxşar yazılar