Bakıda estetik əməliyyat etdirən qadın ölüb.
Məsələ ilə bağlı Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, fevralın 10-da Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 43 yaşlı Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.
***
10:47
Bakıda estetik əməliyyat etdirən qadın ölüb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.