Bakıda evdə  partlayış oldu,   bir nəfər xəsarət aldı
22 iyul 2022 23:40 (UTC +04:00)

Bakıda evdə partlayış oldu, bir nəfər xəsarət aldı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbər görə, partlayış dalğasının təsirindən evin ön divarı uçub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

# 2391
avatar

Oxşar yazılar