Bakıda evdən oğurluq olub
19 yanvar 2023 12:48 (UTC +04:00)

Bakıda evdən oğurluq olub

Bakıda evdən oğurluq olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birindən 3300 manat dəyərində təmir alətlərinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Təbriz Cavadzadə müəyyən olunaraq saxlanılılıb.

Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində yerləşən zavodun həyətində quraşdırılmış antenanın 30 metr elektrik naqilini, 8 ədəd akkumulyator, 2 ədəd kondisioner, 20 ədəd modul və 2 ədəd antena dayaqlarını oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

# 1311
avatar

Oxşar yazılar