Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 16.170 manat pul və 7.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
DİN-dən Lent.az-a verilən məlumata görə, şübhəli bilinən İsmayıllı rayon sakini İ.Zərbalıyev saxlanılıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlandığı məlum olub. Şübhəli bilinən Bakı şəhər sakini Y.Allahverdiyeva saxlanılıb.
Hər iki oğurluq hadisəsi ilə bağlı araşdırma aparılır.