Bakıda lombarddan 21 minlik  OĞURLUQ
07 oktyabr 2026 12:30 (UTC +04:00)

Bakıda lombarddan 21 minlik OĞURLUQ

0

Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, rayon ərazisində yerləşən lombardların birindən 7500 manat pul və 14500 manat dəyərində qızıl-zinət əşyaları talanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin lombardda çalışan A.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar