Bakıda qadınlara qarşı 10 min dollarlıq DƏLƏDUZLUQ
25 iyun 2024 14:28 (UTC +04:00)

Bakıda qadınlara qarşı 10 min dollarlıq DƏLƏDUZLUQ

Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir qadının 4000 dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Nərimanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə paytaxt sakini olan bir qadının 2000 manatını və 5000 dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən M.Qasımov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Arzu Qurbanlı

Oxşar yazılar