Bakıda qəbiristanlıqdan oğurluq edilib
11 yanvar 2023 13:37 (UTC +04:00)

Bakıda qəbiristanlıqdan oğurluq edilib

Bakıda qəbiristanlıq qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbristanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlıq oğurlanıb. Bu barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri E.Qurbanov, əvvəllər məhkum olunmuşlar – N.Namazov və K.Quliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

# 2655
avatar

Oxşar yazılar