Bakıda sərnişin avtobusu yandı - VİDEO
07 mart 2023 09:55 (UTC +04:00)

Bakıda sərnişin avtobusu yandı - VİDEO

Bakıda sərnişin avtobusu yanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, bugun saat 7:45- də 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan "İVECO OTOYOL" markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb.

Əraziyə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti  iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1827
avatar

Oxşar yazılar