Bakıda transformatorlardan oğurluq edən tutuldu - VİDEO
07 fevral 2023 16:52 (UTC +04:00)

Bakıda transformatorlardan oğurluq edən tutuldu - VİDEO

Bakının Xətai rayonunda yerləşən dövlətin balansında olan transfarmator məntəqələrindən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub.

Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transfarmator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.

Qeyd edək ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub. Faktlarla  bağlı toplanan materiallar Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1581
avatar

Oxşar yazılar

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:18
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

25 aprel 2024 , 14:43
Xocalıda yeni insan qalıqları  tapıldı - VİDEO

Xocalıda yeni insan qalıqları tapıldı - VİDEO

25 aprel 2024 , 14:33
Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu

Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu

25 aprel 2024 , 14:23