Bakıda uşaq evi BAĞLANDI:  10 yaşlı qız küçədə qaldı
02 dekabr 2022 16:06 (UTC +04:00)

Bakıda uşaq evi BAĞLANDI: 10 yaşlı qız küçədə qaldı

Bakıda azyaşlı qız küçədə gecələyib. 

Lent.az xəbər verir ki, 10 yaşlı Məsumə bir müddətdir Suraxanı rayonu ərazisində küçədə gecələyib. Məlumata görə, onun anası ölüb, atasının isə kimliyini bilmir.

Anası öləndən sonra uşaq evlərindən birində qalıb. Həmin uşaq evi bağlandıqdan sonra isə 1 il ərzində küçələrdə zibil yığan tanımadığı qadınla yaşayıb. O da öləndən sonra azyaşlı küçələrdə gecələməyə məcbur olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, azyaşlı qızcığaz Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Tapılarkən onun baş və bədənində xəsarətlər də müəyyən edilib. Buna görə rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma başlanıb.

Onu da qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsi ilə müxtəlif QHT-lər birgə əməkdaşlıq edirlər. Belə ki, onlar arasında “Whatsapp” qrupu yaradılıb. Həmin qrup vasitəsilə küçədə yaşayan uşaqlarla bağlı məlumat verilir və lazımi tədbirlər görülür.

# 3942
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11