Bakıda yaşayış binasında YANĞIN  - VİDEO  - FOTO
17 iyun 2022 11:07 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN - VİDEO - FOTO

Bakı şəhəri, Xətai rayonunda çoxmərətəbəli yaşayış binasında baş vermiş yanğın zamanı Fövqəladə Hallat Nazirliyinin qüvvələri tərəfindən 15 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 4 nəfər xilas edilib

***

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb. 

FHN Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün saat 10:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərətəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib. 

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub. 

Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.

***

saat 10:14

Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı çoxmərətəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bakıda yaşayış binası yanır

# 4896
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda "Jiquli" aşdı, 4 yaralı var

Bakıda "Jiquli" aşdı, 4 yaralı var

26 aprel 2024 , 00:08
Yevlaxda "Land Crusier" aşdı, sürücü öldü

Yevlaxda "Land Crusier" aşdı, sürücü öldü

25 aprel 2024 , 21:08
Abşeronda kişi özünü asdı  - FOTO

Abşeronda kişi özünü asdı - FOTO

25 aprel 2024 , 19:29
Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:18
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16