Bakıda yeniyetmələr dəmiryol dayanacağından oğurluq etdi
02 iyun 2023 11:42 (UTC +04:00)

Bakıda yeniyetmələr dəmiryol dayanacağından oğurluq etdi

Bakıda dəmiryolu dayanacağından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərlərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
 
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1281
avatar

Oxşar yazılar