Bakıdakı atışmaya görə 3 nəfər tutuldu - RƏSMİ
10 mart 2023 18:18 (UTC +04:00)

Bakıdakı atışmaya görə 3 nəfər tutuldu - RƏSMİ

Bakıdakı atışmaya görə 3 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır.

Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb.

Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır.

Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcəkdir.

Xatırladaq ki, bu gün Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident baş verib.

Nəticədə 2 nəfər, 21 yaşlı Fəqan Rəhimli və 40 yaşlı Tamerlan Hüseynov yaralanıblar. Onların hər ikisi Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

# 2862
avatar

Oxşar yazılar