Bakının iki müxtəlif rayonunda baş verən davalarda  bıçaqlananlar oldu
04 avqust 2022 01:12 (UTC +04:00)

Bakının iki müxtəlif rayonunda baş verən davalarda bıçaqlananlar oldu

Bakının Nəsimi və Nərimanov rayonlarında dava baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hər iki hadisə qeyri-etik ifadəyə görə olub.

Belə ki, Memar Əcəmi metrostansiyasının yaxınllğında 36 yaşlı Əliyev Nizaməddin Mübariz oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Analoji hadisə Nərimanov rayonunda özəl klinikanın qarşısında qeydə alınıb.

1987-ci il təvəllüdlü Məmmədov Musa Fəxrəddin oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. 

Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Onların vəziyyəti ağırdır.

# 2034
avatar

Oxşar yazılar