Bakının mərkəzində 9 maşın qarət olundu
10 iyun 2022 13:50 (UTC +04:00)

Bakının mərkəzində 9 maşın qarət olundu

Bakının mərkəzində avtomobillər qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müxtəlif vaxtlarda Yasamal rayonu ərazisində ümumilikdə 9  avtomobildən -  6 “VAZ”, 1 “QAZ-21”, 1 “Chevrolet” və 1 “Renault” markalı avtomobillərdən maqnitofon, akkumulyator və güzgü oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş H.Təvəkkülov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

# 1764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar