Bakının mərkəzindəki restoran və klubda OĞURLUQ
14 mart 2023 13:47 (UTC +04:00)

Bakının mərkəzindəki restoran və klubda OĞURLUQ

Bakıda restoran və klubda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayonu ərazisində bir restoranda və bir klubda 2 nəfərin mobil telefonları oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq)  maddəsi ilə də axtarışda olan Bakı şəhər sakini A.Baxışov saxlanılıb.

# 1455
avatar

Oxşar yazılar