"Baku Bus"un əməkdaşı ürəyindən bıçaqlandı
04 iyul 2022 00:43 (UTC +04:00)

"Baku Bus"un əməkdaşı ürəyindən bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində  qeydə alınıb.

Gülçülük Sovxozu ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, R.Məmmədov Baku Bus MMC-nin əməkdaşıdır. O, avtobusların birində sürücü kimi fəaliyyət göstərir.

# 2502
avatar

Oxşar yazılar