Balakəndə narkotik çəkən müharibə iştirakçısı polisə hücum etdi
12 may 2023 11:22 (UTC +04:00)

Balakəndə narkotik çəkən müharibə iştirakçısı polisə hücum etdi

Balakəndə narkotikin təsirində olan şəxs ictimai asayişi pozub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, mayın 11-i gecə saatlarında Balakən şəhəri ərazisində bir nəfər sərxoş vəziyyətdə, eləcə də narkotik vasitənin təsiri altında ucadan nalayiq ifadələr işlədib və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. 

Ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxsə yaxınlaşıb nizam-intizama dəvət etsələr də, ancaq o, bu kimi əməllərini davam etdirib və əlində olan  kəsici alətlə polislərə müqavimət göstərməyə çalışıb. Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və araşdırma zamanı onun rayon sakini, Vətən müharibəsi iştirakçısı Anar Hüseynov olduğu müəyyən edilib. Anar Hüseynov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə onun barəsində 20 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

# 1806
avatar

Oxşar yazılar