Bayram gecəsi içib qəbiristanlığı dağıdanlar HƏBS OLUNDU
11 yanvar 2022 18:32 (UTC +04:00)

Bayram gecəsi içib qəbiristanlığı dağıdanlar HƏBS OLUNDU

Xəbər verdiyimiz kimi, ötən il dekabrın 31-də Ağcabədi rayonu Qaravəlli kənd qəbiristanlığında bir qrup şəxs tərəfindən dağıntılar törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, Ağcabədi rayonunun Qaravəlli kənd qəbiristanlığında xuliqanlıq hərəkətləri törədən 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onlardan 3 nəfəri 10 gün müddətinə inzibati qaydada həbs edilib, bir nəfər isə cərimə olunub.

Ağcabədi qəbirsitanlığı

# 1452
avatar

Oxşar yazılar