"Beşbarmaq"da quş ovu
30 noyabr 2022 18:16 (UTC +04:00)

"Beşbarmaq"da quş ovu

"Beşbarmaq"da quş ovu - FOTO

Siyəzən rayonunda yerləşən “Beşbarmaq Dağı” Dövlət Tarix-Mədəniyyət qoruğunda qu quşları ovlanıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkə məlumat paylaşılıb. Məlumata görə, naməlum 2 silahlı şəxs ərazidə qu quşlarını ovlayıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də xəbər verildiyi deyilir.

Məlumata əsasən, qoruğun ərazisində ov etmək olmaz. Həmçinin qu quşlarının ovlanması ölkədə qadağan edilib.

# 3201
avatar

Oxşar yazılar