Biləsuvarda avtomobil kanala aşdı-5 nəfər öldü -YENİLƏNİB -VİDEO
07 dekabr 2025 14:26 (UTC +04:00)

Biləsuvarda avtomobil kanala aşdı-5 nəfər öldü-YENİLƏNİB-VİDEO

0

 

Xəbərə video və foto əlavə olunub. 

***

saat 11.16

Biləsuvarda qəzada ölən 5 nəfərdən ikisi qardaşdır.

Lent.az APA-ya istinadən xəbər verir ki,  kanala aşan “Lexus" markal; minik avtomobilində yaxın qohumlar və dostlar – sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə olub.

Qəza nəticəsində həyatını itirən Vasif Həsənli və Rusif Həsənli qardaşdırlar.

Qəzanın bəzi təfərrüatları da məlum olub. Hadisə gecə saat 2 radələrində baş verib. Maşındakılardan biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda hərəkətdə olarkən sürücü sərt döngədə idarəetməni itirib və maşın kanala aşıb. Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb. Bir nəfər xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09.49

Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Zəhmətabad kəndində baş verib.

Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1482

Oxşar yazılar