Bulvarda dənizdə batan xilas edildi - VİDEO
27 may 2023 10:54 (UTC +04:00)

Bulvarda dənizdə batan xilas edildi - VİDEO

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a “112” qaynar telefon xəttinə gecə saatlarında Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 25 yaşlı Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

# 1437
avatar

Oxşar yazılar