Buxar aparatı oğurlayan şəxs saxlanıldı
11 may 2023 08:35 (UTC +04:00)

Buxar aparatı oğurlayan şəxs saxlanıldı

Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Şükür Abdullayev və qardaşı Elçin saxlanılıblar. Əvvəllər məhkum olunmuş və hazırda da azadlıqları məhdudlaşdırıldığına görə elektron qolbaqla təchiz olunmuş qardaşların evindən və üzərindən narkotik vasitələr aşkar edilib. Belə ki, yaşadıqları evə baxış zamanı Ş.Abdullayevə məxsus 2 kiloqram 270 qram marixuana və yarım kilo heroin, E.Abdullayevin üzərindən isə heroin bükümü müəyyən olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbirlə oğurluq əməlində şübhəli bilinən şəxs də saxlanılıb. Belə ki, avtoyuma məntəqəsindən buxar aparatının oğurlandığı barədə polisə məlumat daxil olub. Məlumat əsasında aparılmış əməliyyat-axtarış nəticəsində oğurluqda şübhəli olan rayon sakini Rüfət Əliyev saxlanılıb. O, cinayəti törətməklə 2300 manat dəyərində ziyan vurub. Oğurlanmış əsya aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

# 1167
avatar

Oxşar yazılar