Qarşısı alınan toy
08 iyun 2022 15:17 (UTC +04:00)

Qarşısı alınan toy

Daha bir rayonda erkən nikahın qarşısı alındı

Qazaxda yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Lent.az-a verdiyi məlumata görə, Qazax rayon Polis Şöbəsinə rayonun Kosalar kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb.

Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

# 2301
avatar

Mehman Nəbiyev

Oxşar yazılar