Daha bir rayonda narkotik satanlar tutuldu - FOTO
11 mart 2023 15:27 (UTC +04:00)

Daha bir rayonda narkotik satanlar tutuldu - FOTO

Ağdamda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman heroin aşkar edilərək götürülüb. Dindirilərkən o, narkotiki digər bir rayon sakinin Vüqar İskəndərovdan aldığını bildirib. Davam etdirilən tədbirlərlə əvvəllər məhkum olunmuş V.İskəndərov da saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

# 2061
avatar

Oxşar yazılar