Dövlət orqanlarının adından istifadə edənlər həbs edildi
06 fevral 2023 16:08 (UTC +04:00)

Dövlət orqanlarının adından istifadə edənlər həbs edildi

Özlərini dövlət orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların pulunu ələ keçirən şəxslər barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan İlkin Babayev, Eldar Muradov və digərlərinin özlərini dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin edilməsinə köməklik göstəriləcəyi barədə yalan vəd verməklə şəxslərə məxsus 150 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə başlanmış cinayət işi üzrə qrup üzvləri Cinayət Məcəllənin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312-ci (rüşvət verməyə təhrik etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İş üzrə digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

# 1752
avatar

Oxşar yazılar

Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda kişi evində yanaraq öldü

Bakıda kişi evində yanaraq öldü

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36