Əlbir olub qəbirləri qarət etdilər - FOTO
19 noyabr 2022 16:29 (UTC +04:00)

Əlbir olub qəbirləri qarət etdilər - FOTO

Daşkəsəndə qəbiristanlıqlardan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, naməlum şəxslər rayonun Əmirvar kənd qəbirstanlığından müxtəlif vaxtlarda bir neçə qəbrin dəmir barmaqlarını oğurlayıblar.

Daşkəsən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Röyal Ocaqverdiyev, Hafiz Ocaqvediyev və Daşkəsən rayon sakini Mətləb Əkbərov Şübhəli şəxslər saxlanılıb, araşdırmalar davam etdirilir.

# 1698
avatar

Oxşar yazılar