Ermənistanda əsgər odlu silahdan açılan atəş nəticəsində ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 10-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu A.Q.-nin meyiti güllə yarası ilə aşkar edilib.
Məlumata görə, hadisə ilə bağlı hərbi qulluqçunun ailəsinə müəyyən edilmiş qaydada məlumat verilib.
Hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması məqsədilə araşdırma aparılır.