Əlibəyli Şəhriyar Ramiz oğlu
05 mart 2023 23:08 (UTC +04:00)

Əlibəyli Şəhriyar Ramiz oğlu

Erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimiz-FOTO

Bu gün erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızın biri Tovuzdandır. 

Lent.az-ın məlumatına görə, şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularından biri 2003-cü il təvəllüdlü Hüseynov Eşqin Cəmil oğludur. Onun sabah rayonun Hunanlar kəndində dəfn edilməsi nəzərdə tutulub.

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan digər hərbi qulluqçu - baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu  Qəbələ rayonun Vəndam qəsəbəsində anadan  olub. O, 44 günlük Vətən müharibəsində də iştirak edib. O, Şuşanın və Xocavəndin azad olunmasında göstərdiyi rəşadətə görə medallarla təltif edilib. Subay idi. 

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
 

# 3225
avatar

Oxşar yazılar