Ermənistan mina xəritələrini  Azərbaycana verdi
04 dekabr 2021 18:42 (UTC +04:00)

Ermənistan mina xəritələrini Azərbaycana verdi

Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.

Dövlət Təhlükəsizliyi Xidmətindən Lent.az-a verilən məlumata görə, mina xəritələri aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfinə verilib.

“Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə erməni əsilli 10 hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

# 4368
avatar

Oxşar yazılar