FHN-in növbəti heyəti Türkiyəyə çatdı - FOTO
08 fevral 2023 13:05 (UTC +04:00)

FHN-in növbəti heyəti Türkiyəyə çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Çevik xilasetmə qüvvələri yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına başlayacaq.

# 1380
avatar

Oxşar yazılar