“Ford”la “BMW” toqquşdu: ÖLƏN  və YARALILAR VAR
30 iyul 2022 15:41 (UTC +04:00)

“Ford”la “BMW” toqquşdu: ÖLƏNYARALILAR VAR

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayonun Bünyadlı kəndi ərazisində rayon sakinləri R.Əliyevin idarə etdiyi “Ford” və O.Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib, sərnişin Qasım Quliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

# 2526
avatar

Fidan İlqar

Oxşar yazılar